Ana içeriğe atla

“Molla rejimi bilsin ki, Azərbaycana təzyiqlərlə burada xomeyniçiliyi hakimiyyətə gətirə bilməzlər. Azərbaycana qarşı təzyiqlər əks effekt verəcək və cənubi azərbaycanlıların etirazına səbəb olacaq”.

Trend-in məlumatına görə, bunu Kanadada yaşayan cənubi azərbaycanlı mühacir, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Xalidi bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun fikrincə, 1991-ci ildən İranın xüsusi xidmət orqanları Azərbaycanda təxribata başlayıb: “İran o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. İran çalışırdı ki, Azərbaycanda İsrail, ABŞ və digər bizimlə müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvə hazırlasın”.

Mərkəz rəhbərinin sözlərinə görə, İran tərəfi evindən silah-sursat tapılmış, Azərbaycanın dövlət quruluşunu dəyişmək çağırışları ilə çıxış edən dindarların həbsinə etiraz edir, amma eyni tələbi azərbaycanlılar İranda irəli sürsə, onları edam edər:

“Molla rejimi bilsin ki, Azərbaycana təzyiqlərlə burada xomeyniçiliyi hakimiyyətə gətirə bilməzlər. Azərbaycana qarşı təzyiqlər əks effekt verəcək və cənubi azərbaycanlıların etirazına səbəb olacaq”.

Xalidi İranın Azərbaycanda yaratdığı süni hicab probleminə bəzi politoloq və ziyalıların dəstək verməsini pisləyib və bildirib ki, onlar bununla İran kəşfiyyatını dəstəkləyirlər. O, dindarlara müraciət edərək onları İran kəşfiyyatının təsirinə düşməməyə çağırıb.

Xalidi qeyd edib ki, dindarlar İsrailə səfirliyinin qarşısında etiraz aksiyası keçirməkdənsə, Azərbaycan torpaqlarını işğal edən Ermənistana dəstək verən İrana qarşı öz etiraz səslərini ucaltmalı və İran səfirliyi qarşısında etiraz aksiyası keçirməlidirlər.

Milli.Az

http://www.icmal.az/fullstory.php?news_id=118069

Yorumlar

Bu blogdaki popüler yayınlar

""İran Azərbaycanda Şeyxülislama alternativ ayətullah təyin etmək istəyir"

Ha­zır­da Ka­na­da­da ya­şa­yan gü­ney­li, Azər­bay­can Stra­te­ji Araş­dır­ma­lar Mər­kə­zi­nin rəh­bə­ri As­lan Xa­li­di Modern.az saytına açıqlama verib. O, Azər­bay­ca­na qar­şı da da­vam­lı ola­raq İran tə­rə­fin­dən it­ti­ham­ların səs­lən­di­ri­ldiyini deyib: “Be­lə təh­did­lər var. De­yir­lər ki, siz İs­ra­il döv­lə­ti ilə əla­qə­lər sax­la­dı­ğı­nız üçün biz də Azər­bay­ca­nın içə­ri­sin­də ra­di­kal din­çi­lər mey­da­na çı­xa­rı­rıq. Bir mə­lu­ma­tı nə­zə­ri­ni­zə çat­dı­rı­ram ki, İran Azər­bay­can­dan ge­dib Qum şə­hə­rin­də təh­sil alıb qa­yıt­mış adam­lar­dan höc­cə­tü­lis­lam və ayə­tul­lah tə­yin et­mək is­tə­yir. Bu­nun­la Azər­bay­can­da sü­ni müc­tə­id­lər ya­rat­maq is­tə­yir­lər. Bun­la­rın pla­nı­nın tər­kib his­sə­si ki­mi Şey­xü­lis­lam əley­hi­nə cid­di kam­pa­ni­ya baş­la­yıb. "Sə­hər" TV-də, yas mə­ra­sim­lə­rin­də, di­ni mə­ra­sim­lər za­ma­nı bu fi­kir­lər səs­lən­di­ri­lir ki, Şey­xü­lis­lam müs­tə­qil de­yil. Qaf­qaz Mü­səl­man­la­rı İda­rə­si ...

APA-nın məlumatına görə, Aslan Xalidi bildirib ki, İran İslam Respublikasının Azərbaycandakı əlaltılarının təxribat cəhdləri güney azərbaycanlıları narahat edir.

Bakı. Ramil Məmmədli – APA. Kanadada yaşayan güney azərbaycanlı mühacir, “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi” adlı qeyri-hökumət qurumunun rəhbəri Aslan Xalidi mətbuat konfransı keçirib.   APA -nın məlumatına görə, Aslan Xalidi bildirib ki, İran İslam Respublikasının Azərbaycandakı əlaltılarının təxribat cəhdləri güney azərbaycanlıları narahat edir. O qeyd edib ki, Azərbaycanda dünyəvi dövlət və təhsil əleyhinə çağırışlar edən dindarların arxasında İran dayanır: “1991-ci ildən İran xüsusi xidmət orqanları Azərbaycanda təxribatlar həyata keçirir. İran Azərbaycanda İsrail, ABŞ və digər dövlətlərə qarşı çıxa biləcək qüvvə hazırlayıb. Bu məqsədlə 1991-ci ildən etibarən Azərbaycandan bəzi gənclər qanunsuz olaraq İrana aparılıb və dini təhsil adı altında hərbi təlimlərə cəlb olunub. O zaman təxminən 4 minə yaxın azərbaycanlı gənc təhsil almaq adı ilə İrana aparılmışdı. Xaricdə erməni-fars lobbisi bir yerdə fəaliyyət göstərir. Təəssüf ki, Azərbaycanda İranın maraqlarının müdafiə edə...

Aslan Isabeylinin Turkustan qezetine verdiyi musahibe

Resim yazısı ekle Azər­bay­can Stra­te­ji Araş­dır­ma­lar Mər­kə­zi­nin rəh­bə­ri As­lan Xa­li­di: "İran Azər­bay­can­da Şey­xü­lis­la­ma al­ter­na­tiv ayə­tul­lah tə­yin et­mək is­tə­yir"  "Xo­mey­ni­çi­lik ideo­lo­gi­ya­sı sı­ra­dan çı­xar­sa, Ya­xın Şərq­də sül­hə na­il ol­maq asan­la­şa­caq" Ha­zır­da İran­da baş ve­rən pro­ses­lər­də diq­qə­ti çə­kən mə­qam­lar­dan bi­ri Azər­bay­can Mil­li Hə­rə­ka­tı­nın öl­kə mü­xa­li­fə­ti­nə - "Ya­şıl hə­rə­kat"a dəs­tək ver­mə­mə­si­dir. Hal­bu­ki, öl­kə­də mil­li haq­la­rın tə­min olun­ma­sı uğ­run­da il­lər­dir mü­ba­ri­zə apa­ran və bu yol­da çox­say­lı qur­ban­lar ve­rən hə­rə­kat­çı­la­rın ha­ki­miy­yə­tə qar­şı olan qüv­və­lər­lə bir yer­də ola­ca­ğı göz­lə­ni­lir­di.   Ha­zır­da Ka­na­da­da ya­şa­yan gü­ney­li, Azər­bay­can Stra­te­ji Araş­dır­ma­lar Mər­kə­zi­nin rəh­bə­ri As­lan Xa­li­di "Tür­küs­tan" re­dak­si­ya­sı­nın qo­na­ğı olub. Gü­ney­də­ki Mil­li Hə­rə­ka­tı­mı­zı ...