Ana içeriğe atla

Şahzadə qeyd edib ki, İran bilməlidir ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etməsi beynəlxalq arenada ona qarşı müsbət rəy yaratmayacaq və onun maraqlarına xidmət etməyəcək, əksinə, ölkəyə və onun xarici siyasətinə xələl gətirəcək.


SƏUDİYYƏ ƏRƏBİSTANI AZƏRBAYCANI İRANA QARŞI BİRLƏŞMƏYƏ ÇAĞIRDI
2012-06-16
Xarici işlər nazirinin müavini şahzadə Xalid bin Səud bin Xalid: “Biz İranın qonşu ölkələrin işlərinə müdaxiləsinin qarşısını almaq üçün uğurlu əməkdaşlıq edə bilərik”
ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqi olan Səudiyyə Ərəbistanı Azərbaycana İrana qarşı əməkdaşlıq təklif edib. Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini şahzadə Xalid bin Səud bin Xalid “Trend”ə müsahibəsində bildirib ki, region ölkələri İranın qonşu ölkələrin işinə müdaxilə etməsinin qarşısını almaq üçün öz səylərini birləşdirməlidirlər". “Azərbaycan regionun digər ölkələri kimi, İranın onun daxili işlərinə müdaxilə etməsindən əziyyət çəkib. Bu müdaxilənin qarşısının alınması üçün region ölkələri birgə fəaliyyət göstərməlidirlər” deyə, bin Səud bildirib. Onun fikrincə, İran bütün ölkələrin ona heç bir aidiyyəti olmayan daxili işlərinə qarışır.

Şahzadə qeyd edib ki, İran bilməlidir ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etməsi beynəlxalq arenada ona qarşı müsbət rəy yaratmayacaq və onun maraqlarına xidmət etməyəcək, əksinə, ölkəyə və onun xarici siyasətinə xələl gətirəcək. “Əgər İran qonşu ölkələrlə mehriban qonşuluq münasibətləri qurmaq istəyirsə, başqa ölkələrin işinə müdaxilə siyasətindən imtina etməlidir. İran Bəhreynin işlərinə qarışır, BƏƏ-nin üç adasına iddia edir, Səudiyyə Ərəbistanının və Küveytin daxili işlərinə müdaxilə edir. Tehran, habelə İraqda və Suriyada daxili münaqişələri qızışdırır” deyə, o hesab edir. Bin Səud qeyd edib ki, Səudiyyə Ərəbistanı və Azərbaycan İranın region ölkələrinin işlərinə müdaxilə etməməsi üçün uğurlu əməkdaşlıq edə bilərlər.
İlk dəfədir Səudiyyə Ərəbistanı Azərbaycana İranın təhdidlərinə qarşı bu cür açıq şəkildə kömək təklif edir və Bakını Tehrana qarşı onunla birləşməyə çağırır. Səudiyyə Ərəbistanı ilə Azərbaycanın İranın qonşu ölkələrin işlərinə qarışmaması üçün birgə əməkdaşlığının nədən ibarət olacağı aydın deyil. Lakin mühüm olanı Səudiyyənin Azərbaycanı onunla birlikdə anti-İran cəbhəsində yer almağa çağırmasıdır. Bəlli olduğu kimi, Səudiyyə Ərəbistanı ilə İran arasında ciddi münaqişə var, Ər-Riyad Tehranın körfəz ölkələrində şiəliyi yaymaq və İslam inqilabı “ixrac etmək” siyasətini öz maraqlarına təhlükə hesab edir. Təsadüfi deyil ki, ABŞ və ya İsrailin İrana qarşı mümkün hərbi əməliyyatlar planlarında Səudiyyənin rolu həmişə öndə olub. Belə ki, Səudiyyə kralının İsrail və Amerika aviasiyasına İrana qarşı öz hava məkanını açmağa hazır olduğu barədə xəbərlər var. ABŞ İrana qarşı müntəzəm olaraq Səudiyyə Ərəbistanı və körfəzdəki digər müttəfiqlərini silahlandırır. Səudiyyə Ərəbistanının İrana qarşı cəbhədə yer aldığına heç kimin tərəddüdləri yoxdur. Bu baxımdan şübhə yoxdur ki, Ər-Riyaddan Bakıya edilən təklif İranın Azərbaycana qarşı qəzəbini daha da artıracaq. Digər tərəfdən, mümkündür ki, Ər-Riyadın bu təklifinin arxasında əslində Amerika dayanır. Amerika özü İranın təzyiqlərinə qarşı hələ Azərbaycanı açıq müdafiə etməsə də körfəzdəki müttəfiqlərinin əliylə bunu edə bilər.
Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı yeni səfiri vəzifəsinə namizəd Riçard Morninqstar da Senatdakı dinləmələrdə Bakının İranın təhdidlərindən müdafiə olunmasının vacibliyindən danışıb. O deyib ki, vəziyyət günü-gündən mürəkkəbləşir. Belə görünür ki, Azərbaycan İranla münasibətlərin kəskinləşməsindən istifadə edərək ABŞ-ın və onun regiondakı müttəfiqlərinin diqqətini özünə çəkə bilib.
Siyasət şöbəsi

Yorumlar

Bu blogdaki popüler yayınlar

شبکه ت.گ.ر.ت. خبر در تورکیه به نقل از اصلان خالدی از اعضای آذسام؛

حسن م  - 19:14 1385/03/22 1 دولت تورکیه از ترور چهرگانی توسط مامورین ایران جلوگیری کرد بر اساس اخبار شبکه ماهواره ای ت.گ.ر.ت. خبر در تورکیه و به نقل از اصلان خالدی از اعضای موسسه مطالعاتی آذسام، گفته شده است که دولت تورکیه با انتقال دکتر محمود علی چهرگانی، رهبر پر نفوذ حزب بیداری آذربایجان جنوبی به یک مکان نظامی در استانبول، از احتمال ترور وی توسط مامورین اطلاعاتی ایران ممانعت کرده است. همچنین گفته می شود که دولت تهران هم از مقامات آنکارا و هم از مقامات باکو خواستار تحویل دکتر چهرگانی به ایران شده بود که با استناد این دولتها به قوانین بین المللی ممکن نشده است.

They will give stronger support, if the opposition pays attention to the problems of national minorities, Aslan Khalidi, an ethnic Azerbaijani and Iranian citizen, said in Baku today[2nd March], Interfax-Azerbaijan reported.

Southern Azerbaijan: Soft Support to Iranian Opposition Below is an article published by News. AZ Ethnic Azerbaijanis in Iran give mostly passive support to anti-government protests, a political scientist has said. They will give stronger support, if the opposition pays attention to the problems of national minorities, Aslan Isabeyli, an ethnic Azerbaijani and Iranian citizen, said in Baku today[2nd March], Interfax-Azerbaijan reported. Ethnic Azerbaijanis make up a substantial minority of the population of Iran. Many of the Azerbaijanis live in northwestern Iran in the provinces of Ardabil, East Azerbaijan and West Azerbaijan. These areas are often dubbed Southern Azerbaijan, while the Azerbaijan Republic constitutes Northern Azerbaijan. "The leaders of the Iranian opposition do not demand that the rights of national minorities be defended. The population of Southern Azerbaijan will join the protests only if the Iranian opposition talks directly about the violation of the...

""İran Azərbaycanda Şeyxülislama alternativ ayətullah təyin etmək istəyir"

Ha­zır­da Ka­na­da­da ya­şa­yan gü­ney­li, Azər­bay­can Stra­te­ji Araş­dır­ma­lar Mər­kə­zi­nin rəh­bə­ri As­lan Xa­li­di Modern.az saytına açıqlama verib. O, Azər­bay­ca­na qar­şı da da­vam­lı ola­raq İran tə­rə­fin­dən it­ti­ham­ların səs­lən­di­ri­ldiyini deyib: “Be­lə təh­did­lər var. De­yir­lər ki, siz İs­ra­il döv­lə­ti ilə əla­qə­lər sax­la­dı­ğı­nız üçün biz də Azər­bay­ca­nın içə­ri­sin­də ra­di­kal din­çi­lər mey­da­na çı­xa­rı­rıq. Bir mə­lu­ma­tı nə­zə­ri­ni­zə çat­dı­rı­ram ki, İran Azər­bay­can­dan ge­dib Qum şə­hə­rin­də təh­sil alıb qa­yıt­mış adam­lar­dan höc­cə­tü­lis­lam və ayə­tul­lah tə­yin et­mək is­tə­yir. Bu­nun­la Azər­bay­can­da sü­ni müc­tə­id­lər ya­rat­maq is­tə­yir­lər. Bun­la­rın pla­nı­nın tər­kib his­sə­si ki­mi Şey­xü­lis­lam əley­hi­nə cid­di kam­pa­ni­ya baş­la­yıb. "Sə­hər" TV-də, yas mə­ra­sim­lə­rin­də, di­ni mə­ra­sim­lər za­ma­nı bu fi­kir­lər səs­lən­di­ri­lir ki, Şey­xü­lis­lam müs­tə­qil de­yil. Qaf­qaz Mü­səl­man­la­rı İda­rə­si ...