Ana içeriğe atla

Kayıtlar

Haziran, 2012 tarihine ait yayınlar gösteriliyor

Şahzadə qeyd edib ki, İran bilməlidir ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etməsi beynəlxalq arenada ona qarşı müsbət rəy yaratmayacaq və onun maraqlarına xidmət etməyəcək, əksinə, ölkəyə və onun xarici siyasətinə xələl gətirəcək.

SƏUDİYYƏ ƏRƏBİSTANI AZƏRBAYCANI İRANA QARŞI BİRLƏŞMƏYƏ ÇAĞIRDI 2012-06-16 Xarici işlər nazirinin müavini şahzadə Xalid bin Səud bin Xalid: “Biz İranın qonşu ölkələrin işlərinə müdaxiləsinin qarşısını almaq üçün uğurlu əməkdaşlıq edə bilərik” ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqi olan Səudiyyə Ərəbistanı Azərbaycana İrana qarşı əməkdaşlıq təklif edib. Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini şahzadə Xalid bin Səud bin Xalid “Trend”ə müsahibəsində bildirib ki, region ölkələri İranın qonşu ölkələrin işinə müdaxilə etməsinin qarşısını almaq üçün öz səylərini birləşdirməlidirlər". “Azərbaycan regionun digər ölkələri kimi, İranın onun daxili işlərinə müdaxilə etməsindən əziyyət çəkib. Bu müdaxilənin qarşısının alınması üçün region ölkələri birgə fəaliyyət göstərməlidirlər” deyə, bin Səud bildirib. Onun fikrincə, İran bütün ölkələrin ona heç bir aidiyyəti olmayan daxili işlərinə qarışır.