“Molla rejiminin dəyişdirilməsini istəyən Güney Azərbaycan türkləri İran müxalifətinə niyə dəstək vermir?” mövzusunda dəyirmi masa keçirilib

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə “Molla rejiminin dəyişdirilməsini istəyən Güney Azərbaycan türkləri İran müxalifətinə niyə dəstək vermir?” mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Kanadada yaşayan güneyli politoloq, Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan Xalidi İranda baş verən inqilabi proseslərdə Güney Azərbaycan türklərinin “yaşıl inqilab”a dəstək verməmələrindən danışıb: “2006-cı ilin may hadisələri Güney Azərbaycan milli hərəkatının çox böyük uğurlara nail olduğunu göstərdi.
Güney Azərbaycan türkləri öz hədəflərini bilir, dostunu, düşmənini tanıyır. 2008-ci ildə İranda baş verən “yaşıl inqilab”a Güney Azərbaycan dəstək vermədi. Baxmayaraq ki, inqilabın lideri milliyyətcə azərbaycanlıdır. Bunun səbəbi odur ki, İran müxalifətinin liderləri qeyri-fars millətlərinin milli hüquqlarından açıq şəkildə dilə gətirə bilmirlər. Əgər Xamneyi-Əhmədinejad cütlüyünü başqa bir molla əvəz edəcəksə, qeyri-fars millətləri ona dəstək verməyəcəklər”.
Tədbirdə çıxış edən “Türküstan” qəzetinin baş reaktoru Aqil Camal isə İrandakı azərbaycanlıların problemlərinə daha çox elektron KİV-lərin yer verdiyini deyib. O, telekanallarda bu mövzunun daha geniş işıqlandırılmasının vacibliyini vurğulayıb: “Səhər2” telekanalında çıxış edən azərbaycanlılar erməni televiziyasında çıxış edənlər kimi qiymətləndirilməlidir”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc isə islamçılıqla türkçülüyün bir yerdə inkişaf etdirilməsindən danışıb. Tədbirdə iştirak edən digər şəxslər də mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

Yorumlar
Yorum Gönder