Xalidinin sözlərinə görə, molla rejimi Azərbaycan ziyalıları və elm adamlarının qətiyyətli hərəkətləri nəticəsində geri çəkilmək məcburiyyətində qaldı: "Bu isə Azərbaycanın qüdrətinin regionda nə qədər böyük olduğunun göstəricisidir.
Güneylilər İran müxalifətini niyə dəstəkləmir?
Aslan Xalidi: "Müxalifət bizim milli haqlarımızın müdafiəsini gündəmə gətirmir"
Dünən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə "Güney Azərbaycan türkləri İran müxalifətinə niyə dəstək vermir?" mövzusunda dəyirmi masa keçirildi.
Son vaxtlar İranın Azərbaycana qarşı atdığı təxribat xarakterli addımların səngidiyini diqqətə çatdıran Mərkəzin rəhbəri, güneyli politoloq Aslan Xalidinin sözlərinə görə, molla rejimi Azərbaycan ziyalıları və elm adamlarının qətiyyətli hərəkətləri nəticəsində geri çəkilmək məcburiyyətində qaldı: "Bu isə Azərbaycanın qüdrətinin regionda nə qədər böyük olduğunun göstəricisidir. Buna baxmayaraq, bölgədəki radikal dini qüvvələr Azərbaycana qarşı öz təxribatlarından əl çəkmək fikrində deyillər.
Konkret olaraq 35 milyonluq Azərbaycan türkünün hüquqlarını tapdalayan İran adlanan dövlət özünü dünyada müsəlmanların himayədarı kimi təqdim etməyə çalışır. Bunun müqabilində isə dünya dövlətləri İrandakı molla rejimindən can qurtarmaq istəyir. Təəssüf ki, dünya dövlətlərinin indiyə qədər İrana qarşı atdıqları addımlar öz nəticəsini verməyib. Çünki bu addımlarda Güney azərbaycanlıları və İrandakı digər millət və xalqların milli hüquqları gündəmə gətirilməyib. Nə qədər ki, İranda azərbaycanlıların və milli azlıqların hüquqlarının müdafiəsi məsələsi qabardılmayıb, bu ölkəni dağıtmaq mümkün olmayacaq".
Onun sözlərinə görə, məhz bu səbəbdən İran müxalifəti lazımi dəstəyi qazana bilmir: "Biz güney azərbaycanlıları olaraq İran müxalifətinə dəstək vermirik. Çünki müxalifət Güney azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsini gündəmə gətirmir. Bizim iştirakımız olmadan isə bu ölkədə hər hansı dəyişikliyə nail olmaq qeyri-mümkündür. Nə vaxt müxalifət bu məsələləri reallaşdırsa, onda onlara dəstək verəcəyik. Çünki Güney Azərbaycanın həm İranda, həm də bölgədə strateji əhəmiyyəti böyükdür".
GAMOH-un Bakı bürosunun rəhbəri Ağrı Qaradağlı isə qeyd etdi ki, İrandakı müxalifətin demokrat olmaması ona inamı azaldır: "Çünki İran müxalifəti özünü demokrat adlandırsa da yalnız farsların mövqeyindən çıxış edir. Müxalifət mərkəzin maraqlarını təmin etdiyindən cəmiyyət arasında etimadını itirib. Vahid mərkəzi olmayan müxalifət isə parçalanmaya doğru gedəcək. Musəvi 30 il sistemdə çox ciddi vəzifələrdə olub, indi də bu vəzifələri daşımaqdadır. Biz müalifətin səmimi olmasına inanmadığımız üçün ona dəstək vermirik. Güney azərbaycanlıların milli hüquqlarının təmin edilməsi məsələsi qabardılmayana qədər onlarla iş birliyimiz olmayacaq".

Yorumlar
Yorum Gönder