Ana içeriğe atla

ASLAN XALİDİ: “İRAN MÜXALİFƏTİ HAZIRKI HAKİMİYYƏTİN DƏYİŞMƏSİNİ İSTƏYİR, MOLLA REJİMİNİN YOX”

Güney Azərbaycan türkləri İran müxalifətinə niyə dəstək vermir?

Dünən Azərbaycan Media Mərkəzində Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə “Molla rejiminin dəyişilməsini istəyən Güney Azərbaycan türkləri İran müxalifətinə niyə dəstək vermir?” mövzusunda dəyirmi masa keçirilib. Mərkəzin rəhbəri Aslan Xalidi bildirib ki, 2006-cı ildə may hadisələri Güney Azərbaycan Milli Hərəkatının çox böyük uğurlara nail olduğunu göstərdi. Onun sözlərinə görə, bununla da cənubda oyanış hərəkatı başa çatıb: “Güney Azərbaycan türkləri öz hədəflərini bilir və dostunu, düşmənini tanıyır. 2008-ci ildə İranda baş verən yaşıl inqilaba güneyli türklər dəstək vermədi, baxmayaraq ki, inqilabın lideri milliyyətcə azərbaycanlı idi.

Güney Azərbaycan xalqı bu gündə İranda rejim əleyhinə keçirilən aksiyalara dəstək vermir. Bunun da əsas səbəbi İran miüxalifətinin liderləri qeyri-fars millətlərinin milli hüquqlarını açıq şəkildə dilə gətirə bilmirlər. Güney Azərbaycan o vaxt prosesə qoşular ki, müxalifət İranda yaşayan başqa xalqların pozulan hüquqlarını dilə gətirsin, bu ölkənin gələcəyinə yönəlik aydın proqrama malik olsun, inqilabdan sonra ölkənin siyasi düzəninin, quruluşunun necə olacağını söyləsinlər”. A.Xalidi qeyd edib ki, İran müxalifəti hazırkı hakimiyyətin dəyişməsini istəyir, molla rejiminin yox. O, buna görə də Güney Azərbaycanın “saray” çevrilişlərində iştirak etməyəcəyini diqqətə çatıdırb: “Hakimiyyətdə Xamneyi-Əhmədinejad cütlüyünü başqa bir molla əvəzləyəcəksə, İranda yaşayan başqa millətlərə qarşı irqsi siyasət davam edəcəksə Təbriz bu inqilaba dəstək verməyəcək”. “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal hazırda Güney Azərbaycan Milli Oyanış Hərəkatının passiv fəaliyyət göstərdiyini, lakin son hadisələrdən sonra hərəkatın aktiv fəaliyyət göstərməsinə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda yaşayan bir sıra insanlar Güneydə baş verən prosesləri kampaniya şəklində aparır: “Lakin bir müddət sonra bu proses dayanır. Hesab edirəm ki, bu doğru addım deyil və belə insanların bu proseslərdən yaranlanması doğru deyil. Bundan başqa bir məqamı qeyd edim ki, bizim respublikamızda yaşayan bir sıra narazı qüvvələr var ki, onlar istənilən tribunadan istifadə edirlər. Bu insanlar İranın “Səhər” televiziyasına müsahibələr verir və sair. Biz belə insanlara anlatmalıyıq ki, bu televiziyanın fəaliyyəti heç də ermənilərin bizə qarşı apardığı təbliğatdan fərqlənmir”. Son vaxtlar İranın Azərbaycana qarşı etdiyi təhdidlərin azalmasını ərəb ölkələrində baş verən inqilablarla əlaqələndirən Azadlıq Partiyasının sədri Əhməd Oruc bunun müvəqqəti xarakter daşıdığını deyib. Onun sözlərinə görə, İranda baş verən proseslərdən Güneydə yaşayan azərbaycanlılar istifadə edərək, təşkilatlanmalıdır. Güney Azərbaycan Milli Oyanış Hərəktanın Bakı təmsilçisi Ağrı Qaradağlı bildirib ki, güneylilər İranda demokratik müxalifətin olmasına heç zaman inanmayıb. O, İran müxalifətinin Güney Azərbaycanda yaşayan azərbaycanlıların hüquqlarının tanıması ilə bağlı hər hansı dəstək verdikləri halda, bu inqilaba dəstək olacaqlarını qeyd edib: “Güney Azərbaycan öz müqəddəratını təyin etmək hüququna malikdir və biz hər zaman bu istiqamətdə öz mübarizəmizi aparacağıq”.
BƏXTİYAR

Yorumlar

Bu blogdaki popüler yayınlar

شبکه ت.گ.ر.ت. خبر در تورکیه به نقل از اصلان خالدی از اعضای آذسام؛

حسن م  - 19:14 1385/03/22 1 دولت تورکیه از ترور چهرگانی توسط مامورین ایران جلوگیری کرد بر اساس اخبار شبکه ماهواره ای ت.گ.ر.ت. خبر در تورکیه و به نقل از اصلان خالدی از اعضای موسسه مطالعاتی آذسام، گفته شده است که دولت تورکیه با انتقال دکتر محمود علی چهرگانی، رهبر پر نفوذ حزب بیداری آذربایجان جنوبی به یک مکان نظامی در استانبول، از احتمال ترور وی توسط مامورین اطلاعاتی ایران ممانعت کرده است. همچنین گفته می شود که دولت تهران هم از مقامات آنکارا و هم از مقامات باکو خواستار تحویل دکتر چهرگانی به ایران شده بود که با استناد این دولتها به قوانین بین المللی ممکن نشده است.

They will give stronger support, if the opposition pays attention to the problems of national minorities, Aslan Khalidi, an ethnic Azerbaijani and Iranian citizen, said in Baku today[2nd March], Interfax-Azerbaijan reported.

Southern Azerbaijan: Soft Support to Iranian Opposition Below is an article published by News. AZ Ethnic Azerbaijanis in Iran give mostly passive support to anti-government protests, a political scientist has said. They will give stronger support, if the opposition pays attention to the problems of national minorities, Aslan Isabeyli, an ethnic Azerbaijani and Iranian citizen, said in Baku today[2nd March], Interfax-Azerbaijan reported. Ethnic Azerbaijanis make up a substantial minority of the population of Iran. Many of the Azerbaijanis live in northwestern Iran in the provinces of Ardabil, East Azerbaijan and West Azerbaijan. These areas are often dubbed Southern Azerbaijan, while the Azerbaijan Republic constitutes Northern Azerbaijan. "The leaders of the Iranian opposition do not demand that the rights of national minorities be defended. The population of Southern Azerbaijan will join the protests only if the Iranian opposition talks directly about the violation of the...

""İran Azərbaycanda Şeyxülislama alternativ ayətullah təyin etmək istəyir"

Ha­zır­da Ka­na­da­da ya­şa­yan gü­ney­li, Azər­bay­can Stra­te­ji Araş­dır­ma­lar Mər­kə­zi­nin rəh­bə­ri As­lan Xa­li­di Modern.az saytına açıqlama verib. O, Azər­bay­ca­na qar­şı da da­vam­lı ola­raq İran tə­rə­fin­dən it­ti­ham­ların səs­lən­di­ri­ldiyini deyib: “Be­lə təh­did­lər var. De­yir­lər ki, siz İs­ra­il döv­lə­ti ilə əla­qə­lər sax­la­dı­ğı­nız üçün biz də Azər­bay­ca­nın içə­ri­sin­də ra­di­kal din­çi­lər mey­da­na çı­xa­rı­rıq. Bir mə­lu­ma­tı nə­zə­ri­ni­zə çat­dı­rı­ram ki, İran Azər­bay­can­dan ge­dib Qum şə­hə­rin­də təh­sil alıb qa­yıt­mış adam­lar­dan höc­cə­tü­lis­lam və ayə­tul­lah tə­yin et­mək is­tə­yir. Bu­nun­la Azər­bay­can­da sü­ni müc­tə­id­lər ya­rat­maq is­tə­yir­lər. Bun­la­rın pla­nı­nın tər­kib his­sə­si ki­mi Şey­xü­lis­lam əley­hi­nə cid­di kam­pa­ni­ya baş­la­yıb. "Sə­hər" TV-də, yas mə­ra­sim­lə­rin­də, di­ni mə­ra­sim­lər za­ma­nı bu fi­kir­lər səs­lən­di­ri­lir ki, Şey­xü­lis­lam müs­tə­qil de­yil. Qaf­qaz Mü­səl­man­la­rı İda­rə­si ...