Ana içeriğe atla

Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan Xalidi hesab edir ki, milli fəalların "Yaşıl hərəkat"a dəstək verməməsinin səbəbləri var.



Hazırda İranda baş verən proseslərdə diqqəti çəkən məqamlardan biri Azərbaycan Milli Hərəkatının ölkə müxalifətinə - "Yaşıl hərəkat"a dəstək verməməsidir. Halbuki ölkədə milli haqların təmin olunması uğrunda illərdir mübarizə aparan və bu yolda çoxsaylı qurbanlar verən hərəkatçıların hakimiyyətə qarşı olan qüvvələrlə bir yerdə olacağı gözlənilirdi. Kanadada yaşayan güneyli, Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan Xalidi hesab edir ki, milli fəalların "Yaşıl hərəkat"a dəstək verməməsinin səbəbləri var. 



 - Qeyd etmək lazımdır ki, müəyyən dövlətlər İranda gedən proseslərin nəzarət altından çıxmasından narahatdır. Bunun səbəbi nədir? Mən qısa olaraq Əhmədnejadın hakimiyyətə gəlməsinə toxunmaq istəyirəm. Xomeyni hakimiyyətə gələndən sonra xomeyniçilik ideologiyasının çox mənfi cəhətləri oldu, çoxlu insanlar edam olundu, insanlar dini fanatizmə sürükləndi, dünyada terror şəbəkəsi yaradıldı. Ancaq bütün bu mənfi hərəkətlərin müsbət nəticəsi o oldu ki, orada yaşayan millətlər İran adlı bir məfhuma nifrət etdilər. Daha doğrusu, bu ideologiyadan zərbə alan millətlər silkələnib özünə gəldilər. Və bu gün vahid mövqedən çıxış edirlər. Düşündürücüdür, xarici dövlətlər bu xalqların simasında İranda yeni müxalifətin yaranmasına imkan vermirlər?

   - Yeni müxalifət deyərkən kimləri nəzərdə tutursunuz?

   - Biz yeni müxalifət deyəndə, İran-İraq müharibəsi zamanı Xomneyinin vəziri olmuş Mirhüseyn Musəvini nəzərdə tutmuruq. Yeni müxalifət İranda yaşayan millətlərin nümayəndələrindən ortaya çıxan bir siyasi qüvvədir. Ancaq maraqlıdır ki, bir sıra qonşu dövlətlər və Qərb dövlətləri bu siyasi qüvvənin ortaya çıxmasını o qədər də istəmirlər. Onların marağı dairəsində deyil ki, İrandakı xalqlar bir araya gəlib indiki rejimi dışlasınlar və bu xalqlardan ibarət demokratik bir sistemin yaradılmasına nail olsunlar.

   - Əgər söhbət demokratik cəmiyyətdən gedirsə, Qərb bunu niyə istəməsin?

   - Biz nə qədər də əsaslandırsaq ki, siz qorxmayın, əgər xalqların hakimiyyəti yaranarsa, İran ölkə olaraq parçalanmayacaq, onlar bunu yaxşı bilirlər ki, 35 milyon Azərbaycan türkü deyir, mənim hüququmu müdafiə etməyən insanı mən müdafiə etməyəcəyəm. Millət öz milli haqlarını istəyir. Milli haqqın nədən ibarət olduğunu bilən xalq mütləq müstəqilliyə can atacaq. Avropa dövlətləri də bu prosesləri yaşayıblar. Ona görə də, xarici dairələr ən gözəl yol kimi bu ölkədə çoxluq təşkil edən azərbaycanlıların içindən bir nəfər (Musəvi) və başqa bir etnik millətin nümayəndəsini (Kərrubi) meydana çıxararaq yeni bir müxalifətin qurulmasına nail olublar. Bunu da etiraf edə bilərəm ki, müxalifət adına iddia edən bu qüvvələrin qapı arxasında nə düşündüklərini biz bilmirik. Biz bilmirik, bunların siyasi strategiyası nədir? Millətlərlə bağlı nə düşünürlər, hakimiyyətə gələcəklərsə dövləti nə formada idarə etməyi düşünürlər? İndiki mürtəce Konstitusiyada dəyişikliklərin tərəfdarıdırlarmı? Onların şüarlarından biri budur: Biz Xomeyni ideologiyasına zərbə vurmuş və "müsəlman xalqı"nın haqlarını pozmuş insanlara qarşı müxalifət kimi ayağa qalxmışıq və millət də bizim arxamızdadır. Əgər bunlar xomeyniçilik ideologiyasına söykənirsə, xomeyniçilik ideologiyası millətləri görmür. O zaman sual meydana çıxır, görəsən, bunlar hakimiyyətə gəlib, indiki konstitusiya ilə işləməyə başlayacaqlar? Əgər o konstitusiya hakimiyyətdə olacaqsa, demək ali dini lider titulu da ləğv olunmayacaq.

   - Bəs, ümumiyyətlə, islahat nəzərdə tutmurlar?


   - Əgər müxalifətçi kimi desələr ki, biz ali dini rəhbərliyin ləğvini istəyirik və yeni konstitusiyanın xalq referendumu ilə müəyyənləşməsini tələb edirik, bu halda orada yaşayan xalqlar düşünüb addımlar ata bilərlər. Bunu da qeyd etmək lazımdır ki, hazırkı müxalifətin çox çətin şəraitdə fəaliyyət göstərdiyini deyirlər. O şəraiti nəzərə alaraq radikal ifadələr işlədə bilmirlər. Belə etsələr, müxalifəti sıradan çıxara bilərlər. Amma maraqlıdır, görəsən, xomeyniçilik ideologiyasının əleyhinə çıxan dünyanın başqa yerlərində müxalif qüvvələr, demokratik düşüncəyə malik insanlar yoxdurmu? Əksinə, əgər şərait yaradılsa, millətlər bir araya gəlib yeni müxalif qüvvə formalaşdıra bilsələr, konstitusiya ilə bağlı radikal tələblər irəli sürəcəklər. Əgər xomeyniçilik ideologiyası sıradan çıxarsa, Yaxın Şərqdə, ərəb ölkələrində sülhə nail olmaq çox asan olacaq. Çünki, terrorçu şəbəkələrə dövlət səviyyəsində dəstək verən olmayacaq. Bəs nədən adını çəkmək istəmədiyim dövlətlər hazırkı rejimin başqa ad altında yaşamasının tərəfdarıdır? Xalq isə demokratik dəyişiklik və milli haqlarını istəyir. Hakim rejim bu tələbləri yerinə yetirmək istəmədiyinə görə çalışır öz içində müxalifət yaratsın. Və bu müxalifəti də xarici dövlətlər dəstəkləyirsə, buna təəssüf etmək lazımdır. Görəsən, "Biz İran müxalifətini dəstəkləyirik" deyən ABŞ-ın dövlət katibi Hillari Klinton bu sözləri bölgədə gedən siyasi prosesləri bilmədiyindən, siyasi savadsızlığından işlədir, yoxsa, oradakı millətlərin önə çıxmasını istəmir? Mən bir güney azərbaycanlısı kimi dünya dövlətlərinə bu mesajı göndərmək istəyirəm ki, bizim xalqımız bu proseslərdə hər hansı dövlətin kəşfiyyat orqanlarının, yaxud indiki rejimin ssenarilərində olmayacaq. Artıq Güney Azərbaycan istəmir ki, Pişəvəri hökuməti kimi ABŞ-la Rusiya arasında bağlanan anlaşmanın qurbanı olsun.


http://www.ekspress.az/2011/03/05/get=34831
   
Aqil CAMAL

Yorumlar

Bu blogdaki popüler yayınlar

شبکه ت.گ.ر.ت. خبر در تورکیه به نقل از اصلان خالدی از اعضای آذسام؛

حسن م  - 19:14 1385/03/22 1 دولت تورکیه از ترور چهرگانی توسط مامورین ایران جلوگیری کرد بر اساس اخبار شبکه ماهواره ای ت.گ.ر.ت. خبر در تورکیه و به نقل از اصلان خالدی از اعضای موسسه مطالعاتی آذسام، گفته شده است که دولت تورکیه با انتقال دکتر محمود علی چهرگانی، رهبر پر نفوذ حزب بیداری آذربایجان جنوبی به یک مکان نظامی در استانبول، از احتمال ترور وی توسط مامورین اطلاعاتی ایران ممانعت کرده است. همچنین گفته می شود که دولت تهران هم از مقامات آنکارا و هم از مقامات باکو خواستار تحویل دکتر چهرگانی به ایران شده بود که با استناد این دولتها به قوانین بین المللی ممکن نشده است.

They will give stronger support, if the opposition pays attention to the problems of national minorities, Aslan Khalidi, an ethnic Azerbaijani and Iranian citizen, said in Baku today[2nd March], Interfax-Azerbaijan reported.

Southern Azerbaijan: Soft Support to Iranian Opposition Below is an article published by News. AZ Ethnic Azerbaijanis in Iran give mostly passive support to anti-government protests, a political scientist has said. They will give stronger support, if the opposition pays attention to the problems of national minorities, Aslan Isabeyli, an ethnic Azerbaijani and Iranian citizen, said in Baku today[2nd March], Interfax-Azerbaijan reported. Ethnic Azerbaijanis make up a substantial minority of the population of Iran. Many of the Azerbaijanis live in northwestern Iran in the provinces of Ardabil, East Azerbaijan and West Azerbaijan. These areas are often dubbed Southern Azerbaijan, while the Azerbaijan Republic constitutes Northern Azerbaijan. "The leaders of the Iranian opposition do not demand that the rights of national minorities be defended. The population of Southern Azerbaijan will join the protests only if the Iranian opposition talks directly about the violation of the...

""İran Azərbaycanda Şeyxülislama alternativ ayətullah təyin etmək istəyir"

Ha­zır­da Ka­na­da­da ya­şa­yan gü­ney­li, Azər­bay­can Stra­te­ji Araş­dır­ma­lar Mər­kə­zi­nin rəh­bə­ri As­lan Xa­li­di Modern.az saytına açıqlama verib. O, Azər­bay­ca­na qar­şı da da­vam­lı ola­raq İran tə­rə­fin­dən it­ti­ham­ların səs­lən­di­ri­ldiyini deyib: “Be­lə təh­did­lər var. De­yir­lər ki, siz İs­ra­il döv­lə­ti ilə əla­qə­lər sax­la­dı­ğı­nız üçün biz də Azər­bay­ca­nın içə­ri­sin­də ra­di­kal din­çi­lər mey­da­na çı­xa­rı­rıq. Bir mə­lu­ma­tı nə­zə­ri­ni­zə çat­dı­rı­ram ki, İran Azər­bay­can­dan ge­dib Qum şə­hə­rin­də təh­sil alıb qa­yıt­mış adam­lar­dan höc­cə­tü­lis­lam və ayə­tul­lah tə­yin et­mək is­tə­yir. Bu­nun­la Azər­bay­can­da sü­ni müc­tə­id­lər ya­rat­maq is­tə­yir­lər. Bun­la­rın pla­nı­nın tər­kib his­sə­si ki­mi Şey­xü­lis­lam əley­hi­nə cid­di kam­pa­ni­ya baş­la­yıb. "Sə­hər" TV-də, yas mə­ra­sim­lə­rin­də, di­ni mə­ra­sim­lər za­ma­nı bu fi­kir­lər səs­lən­di­ri­lir ki, Şey­xü­lis­lam müs­tə­qil de­yil. Qaf­qaz Mü­səl­man­la­rı İda­rə­si ...